Yusif peyğəmbərin qızının və həyat yoldaşının adı nə olmuşdur?

    19.07.2018
Kimdən: 
xanım
Sual: 
Salam sizə bur sualim olacaqdır. Həzrəti Yusif peyğənbərin qizinin və həyat yoldaşının adı nə olmuşdur?
Cavab: 

Va aleykum Salam. Bəzi tarixçilər və təfsirçilər Yusif peyğəmbərin (aleyhis-sələm) zövcəsinin adının Züleyxa ləqəbi ilə tanınan Raiil binti Ramayiil olduğunu demişlər. Ancaq bu məlumatların səhihliyi öz təsdiqini tapmayıb. Ümumiyyətlə islam alimləri dini hökmlərlə əlaqəsi olmayan və barəsində Quran və Sünnədə və digər səhih dini mənbələrdə etibarlı dəlillər əsasında məlumat verilməyən məsələlər barədə araşdırma aparmağın, məlumat əldə etməyin dünya və din baxımından faydasız olduğunu bildirmişlər. (İbn Teymiyyə "Məcmuu əl-Fətava", 13/366-367, əş-Şinqiti "Ədvaul-Bəyan, 4/48).

Teqlər: 
Paylaş: