Son məqalələr
Peyğəmbərlərin ﷺ qoyun otarmalarının hikməti
Bildiyimiz kimi Muhəmməd Peyğəmbər ﷺ Məkkədə olanda uşaq vaxtı Bəni Səd tayfasının qoyunlarını otarırdı. Peyğəmbər ﷺ bu haqda belə buyurur: “Allahın göndərdiyi peyğəmbərlərin hamısı qoyun otarmışlar”. Səhabələr: “Sən də?”– deyə soruşdular. O dedi: “Bəli, mən bir neçə qirata məkkəlilərin qoyunlarını otarardım”. (əl-Buxari, 2102, 2262). Rəvayət edilir ki, bir gün dəvə sahibləri ilə qoyun sahibləri bir-birinin yanında öyünməyə başladılar. Onda Peyğəmbər ﷺ buyurdu: “Musa qoyun otaran çoban ikən peyğəmbər göndərildi. Habelə, Davud qoyun otaran çoban ikən ona peyğəmbərlik verildi.
"Qədr gecəsi" surəsinin izahı
Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! 2. Sən haradan biləsən ki, Qədr gecəsi nədir? 3. Qədr gecəsi min aydan xeyirlidir. 4. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər. 5. O gecə sübh açılanadək əmin-amanlıq olur.
əl-Qadr (Qədr gecəsi) surəsinin izahı
"Zəlzələ" surəsinin izahı
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Yer titrəyib lərzəyə gələcəyi zaman;
2. Yer öz yükünü bayıra atacağı
3. və insan: "Ona nə olub?"– deyəcəyi zaman –
4. həmin gün yer öz əhvalatlarını danışacaqdır.
5. Çünki Rəbbin ona vəhy edəcəkdir.
6. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər.
7. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır.
İslam və iman nədir?
Ömər ibn Xəttab demişdir: “Bir dəfə biz Peyğəmbərin yanında oturmuşduq. Birdən ağappaq paltarlı, zil qara saçlı, üst-başında da səfərdən bir əsər-əlamət görünməyən və heç birimizin tanımadığı bir adam yanımıza gəldi. Nəhayət, o yaxınlaşıb Peyğəmbərlə üzbəüz oturdu, dizlərini onun dizlərinə dayadı, əllərini də öz budunun üstünə qoyub dedi: “Ey Muhəmməd, mənə İslam haqqında xəbər ver!”
Yoxsa onlar göyləri və yeri yaradıblar?
Qurani Kərim Yaradanın varlığını inkar edənlərə bu ayələri dəlil olaraq gətirir: “Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar” (ət-Tur, 35-36). Bu dəlil ağıllı insanları Yaradanın varlığına iman gətirməyə məcbur edir. Bu ayələr o qədər bəlağətli və təsirlidir ki, onu eşidən hər kəsin qəlbini titrədir. Rəvayət edilir ki, Cubeyr ibn Mutim demişdir: “Mən Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - məğrib namazında “ət-Tur” surəsini oxuduğunu eşitdim.
Qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər! (Qureyş surəsi)
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Qureyşin birliyi xatirinə,
2. onların qış və yay səfərlərindəki birliyi xatirinə
3. qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər.
4. Allah onlara aclıqdan sonra yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi.
"Qureyş" surəsinin təfsiri
Bu surə özündən əvvəl gələn əl-Fil surəsinə bağlıdır. Belə ki, Uca Allah “Qureyşin birliyi xatirinə” fillərin Məkkəyə hücum etməsinin qarşısını alır və fil sahiblərini məhv edir. Sonra bu birliyi izah edərək buyurur:
Aşura gününün orucu
Aşura – hicri təqvimin ilk ayı olan Məhərrəm ayının 10-cu günüdür. Aşura sözü ərəb dilində "onuncu" deməkdir. Aşura günündə oruc tutmaq bəyənilən əməllərdən sayılır. İbn Abbas (Allah ondan razı olsun) deyir: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Mədinəyə gəldikdə yəhudilərin aşura günü oruc tutduqlarını görüb soruşdu: “Bu nədir?”
Onlar dedilər: “Bu, gözəl bir gündür! Bu, Allahın İsrail oğullarını onların düşmənlərindən xilas etdiyi gündür! (Elə bu səbəbdən də) Musa həmin günü oruc tutmuşdur”.