Son məqalələr

Allahın "əl-Ğafur" adının mənası

    13.09.2015

əl-Ğafur sözü örtən, gizlədən deməkdir. Allahın əl-Ğafur adı Qurani-Kərimdə doxsan bir dəfə zikr edilir. Uca Allah buyurur:
“Qullarıma xəbər ver ki, Mən Bağışlayanam (əl-Ğafur), Rəhmliyəm. Əzabım isə ağrılı-acılı əzabdır” (əl-Hicr, 49-50).
Həmçinin buyurur:
“De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir" (Ali İmran, 31).

Allahın "əl-Vitr" adının mənası

    10.09.2015

əl-Vitr sözü tək olan deməkdir. Allahın əl-Vitr adı Peyğəmbərin hədisində zikr edilir. Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allahın doxsan doq­quz – yüzdən bir əskik – adı var. Kim onları yadda saxlayarsa, Cənnətə daxil olar. Allah təkdir (əl-Vitr) və tək sayda olanı sevir”. (Səhih əl-Buxari).
əl-Vitr olan Allah təkdir, Onun heç bir şəriki və tayı-bərabəri yoxdur. Uca Allah buyurur:

Allahın "əl-Cəmil" adının mənası

    10.09.2015

əl-Cəmil sözü gözəl olan deməkdir. Allahın əl-Cəmil adı Peyğəmbərin hədisində zikr edilir. Rəvayət edilir ki, Abdullah ibn Məsud demişdir: “Bir dəfə Peyğəm­bər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - de­di: “Qəlbində zərrə qədər təkəbbür olan kimsə Cənnətə girməz”. Bu vaxt bir adam dedi: “Adam libasının və ayaqqabısının gözəl olma­sını xoşla­yır”. Peyğəm­bər buyurdu: “Allah gözəldir və gözəlliyi sevər. Təkəbbürlük isə haqqı danmaq və insanlara xor baxmaqdır”. (Muslim, 265).

Allahın "əl-Qaviyyu" adının mənası

    17.08.2015

əl-Qaviyyu sözü güclü, qüvvətli olan deməkdir. Allahın əl-Qaviyyu adı Qurani-Kərimdə doqquz dəfə zikr edilir. Uca Allah buyurur:
“Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, Onu görmədən Ona və elçilərinə kömək göstərənləri üzə çıxartsın. Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir” (əl-Hədid, 25).
Həmçinin buyurur:

Allahın "əl-Lətif" adının mənası

    10.08.2015

əl-Lətif sözü lütfkar olan, həmçinin xəbərdar olan deməkdir. Allahın əl-Lətif adı Qurani-Kərimdə yeddi dəfə zikr edilir. Uca Allah buyurur:
“O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır” (əl-Ənam, 101-103).
Həmçinin buyurur:

Pages