quran

Ey insanlar!

    09.04.2014

Uca Allah buyurur:
“De: "Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun Elçisinə – yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz" (əl-Əraf, 158).

Quranla müalicə

    30.03.2014

Ruqya oxumaq şəfa tapmaq məqsədilə Quran ayələri və ya Peyğəmbərin - ona Allahın salamı və salavatı olsun - istifadə etdiyi zikr və duaları əlini xəstənin başına və ya ağrı olan yerinə qoyaraq oxumağa deyilir. Ruqya sığınmaq, qorunmaq mənasını verən kəlmədir. Peyğəmbər həm özünə, həm də başqalarına ruqya edər­di, habelə həm Cəbrail, həm də Aişə (Allah ondan razı olsun) ona ruqya edərdilər, həmçinin səhabələr (Allah onlardan razı olsun) də ruqya edərdi. Uca Allah buyurur:

Qiyamət gününədək qorunan Kitab

    23.03.2014

      Əzəmətli Quran özündən əvvəlki ilahi kitablar kimi dəyişkənliyə məruz qalmamışdır. Uca Allah Quranı təhrif olunmaqdan qorumuşdur. O buyurur: "Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq". (əl-Hicr, 9).
ət-Tabəri (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə demişdir: "Yəni, biz Quranı qoruyacağıq ki, onun hökm və fərzlərinə başqa bir şey daxil edilməsin və ya əlavə bir şey artırılmasın".

Adəmin yaradılması

    29.01.2014

Uca Allah yer üzərində yalnız Ona ibadət edəcək şüurlu bir varlıq yaratmaq istəyərkən mələklərinə xitab edərək belə demişdir:
“Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!"– dedikdə, - 
Uca Allah Adəmi və onun zürriyyətini yaratması haqda öyünmək üçün əvvəlcədən onlara xəbər verir. Mələklər isə bu yaradılışın hikmətini bilmək üçün: 
onlar: "Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?"– söylədilər.

Allahın kəlamı nə ilə fərqlənir?

    06.01.2014

Qurana iman gətirmək və Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) tabe olmaq istəməyən müşrik ərəblərə öz əməllərinə haqq qazandırmaq və Muhəmmədin söylədiklərini təkzib etmək fürsəti verilmişdir. Bundan ötrü onlar Qurana bənzər sadəcə üç ayə uydurmalıydılar. Uca Allah buyurur: "Yoxsa: "(Muhəmməd) onu özündən uydurdu!" - deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, (köməyə) çağırın!" (Yunus, 38).

Kitablara iman

    06.01.2014

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrailin: “Mənə iman haqqında xəbər ver!” – buyruğuna belə cavab vermişdir: “(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.” Müsəlman bu altı əsasa iman gətirmədikcə, həqiqi mömin ola bilməz. Hər bir müsəlman Uca Allahın insanları doğru yola yönəltmək və Onun rizasını qazanmaq üçün onlara ilahi kitablar göndərdiyinə iman gətirməlidir.

Quran hidayət nurudur!

    05.01.2014

Uca Allah müqəddəs Quranı nazil etməklə insanlara böyük lütf və mərhəmət göstərmişdir. Quran yaradılmış məxluq deyildir. O, Allahın kəlamı, peyğəmbərliyin şəhadətnaməsi və sonuncu ilahi vəhydir. Quran özündən əvvəlki ilahi kitabları təsdiq etmiş, həmin ilahi kitablarda buyurulan qanunları ləğv etmiş, sonuncu və ən kamil ilahi qanunları bərqərar etmişdir.

Müqəddəs Quranın adları

    05.01.2014

Uca Allah öz kitabına fərqli adlar qoymuşdur. Bu adların ən məşhurları aşağıdakı beş addır:
1. Quran Uca Allah buyurur: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir". (əl-Bəqərə, 185).

ən-Nəs surəsinin izahı

    17.12.2013

Mərhəmətli və Rəhm edən Allahın adı ilə!
1. De: "Sığınıram insanların Rəbbinə,
2. insanların Hökmdarına,
3. insanların tanrısına!
4. Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən.
5. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
6. cinlərdən də olur, insanlardan da!"

Pages