quran

əl-Mulk surəsinin fəziləti

    08.03.2016
Peyğəmbər - Allahın ona salavatı və salamı olsun - demişdir: “əl-Mulk surəsini (oxumaq) qəbir əzabından qoruyur”. Həmçinin demişdir: “Həqiqətən, Allahın Kitabında cəmi otuz ayəlik (əl-Mulk) surəsi bir kişini Cəhənnəmdən çıxarıb Cənnətə girməsinə şəfaət etdi”. (əl-Hakim, 3838).

əl-Bəqərə surəsinin fəziləti

    23.02.2016
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bir gün Cəbrail Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanında oturduğu zaman Peyğəmbər yuxarıdan qapı səsinə oxşar bir səs eşitdi və başını qaldırdı. Cəbrail dedi: “Bu, səmada olan bir qapıdır. O bu gün açıldı. Bundan əvvəl heç vaxt açılmayıb, yalnız bu gün açıldı. Bu zaman oradan bir mələk endi. Cəbrail dedi: “Bu yer üzünə enən bir mələkdir. Bu günə qədər yer üzünə heç enməmişdir”. Mələk salam verdi və dedi: “Sənə bəxş edilən iki nur ilə sənə müjdə olsun!

"əl-Mutaffifin" (Çəkidə və ölçüdə aldadanlar) surəsinin izahı

    19.10.2015

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
 
Çəkidə və ölçüdə aldadanların vay halına! O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər, onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar. Onlar dirildiləcəklərini fikirləşmirlərmi? Həm də əzəmətli bir gündə. O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar.

Pages