Allahın "əs-Səmi`" adının mənası
əs-Səmi´ sözü eşidən deməkdir. Uca Allah bəndələrinin gizli və aşkar danışıqlarını eşidir. Allahın əs-Səmi´ adı Qurani-Kərimdə qırx beş dəfə zikr edilir. Uca Allah buyurur: “Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. Sən Allaha sığın! Həqiqətən, O, Eşidəndir, Görəndir” (Ğafir, 56).