Allahın "əl-Xaliq" və "əl-Xalləq" adlarının mənası

    16.12.2014

əl-Xaliq sözü yoxdan yaradan deməkdir. Uca Allah buyurur: “Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də haqdan döndərilirsiniz!” (Fatir, 3).
Allahın əl-Xaliq adı Qurani-Kərimdə on bir dəfə zikr edilir. Uca Allah buyurur: "Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır" (əl-Ənam, 102).
Həmçinin buyurur: “Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!” (əl-Muminun, 12-14).
Allahın əl-Xalləq adı əl-Xaliq adı ilə eyni mənanı ifadə edir, lakin əl-Xalləq adının mənası daha genişdir. əl-Xalləq yaratdığını başqa bir şəkilə salaraq daha gözəl yaradandır. 
Allahın əl-Xalləq adı Qurani-Kərimdə iki dəfə zikr edilir. Uca Allah buyurur: “Həqiqətən, Rəbbin Yaradandır (əl-Xalləq), Biləndir” (əl-Hicr, 86).
Həmçinin buyurur: “Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır (əl-Xalləq), Biləndir. Bir şeyi yaratmaq istədikdə ona təkcə: "Ol!" deyər, o da olar" (Ya sin, 81-82).
 
 

Paylaş: