səhabələr
Səhabələrin Həbəşistana növbəti hicrəti
Bu məqalənin əvvəlini buradan oxuyun: Səhabələrin Həbəşistana ilk hicrəti
Səhabələrin Həbəşistana ilk hicrəti
"əl-Muzəmmil" surəsinin izahı
Quranın yazılması və toplanması
Peyğəmbərin - sallalləhu aleyhi və səlləm - zamanında yazmağa yox, əzbərləməyə daha çox üstünlük verilirdi. Belə ki, həmin dövrdə insanların hafizəsi olduqca güclü, əzbərləmə qabiliyyətləri isə olduqca sürətli idi. Bu səbəbdən Quran cəm olunmamışdı, çünki hər kəs eşitdiyi ayəni ya əzbərləyir, ya da əlinə keçən xurma ağacının budaqlarına, dərilərin, daşların və ya sümük hissələrinin üzərinə onları yazıb qeyd edirdi. Sayca qarilərin (Quranı hafizəsinə köçürənlərin) sayı da olduqca çox idi.
Cənnətlə müjdələnmiş səhabələr
Mələklərin həya etdiyi səhabə - Osman ibn Affan haqqında
Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) yaxın dostu və kürəkəni, Uca Allah tərəfindən sağlığında cənnətlə müjdələnmiş on nəfərdən biri, İslamın üçüncü xəlifəsi Osman ibn Əffan təxminən 576-cı ildə Məkkə şəhərində anadan olmuşdur. Peyğəmbərin qızı Ruqayyə ilə evlənmiş, o vəfat etdikdən sonra digər qızı Ummu Gülsümü aldığı üçün Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona Zin-Nureyn (iki nurun sahibi) ləqəbini vermişdir.
Əbu Hureyra ən çox hədis rəvayət edən səhabədir
Əbu Hureyra Abdur-Rəhman ibn Səxr əd-Dovsi əl-Yəməni Peyğəmbərin məşhur səhabəsidir. Əbu Hureyra kəlməsi “pişikcığaz atası” deməkdir. Əgər biz onun adı ilə ləqəbini müqayisə etsək, görərik ki, Abdur-Rəhman yəni, ər-Rəhmanın qulu, Allahın ən çox sevdiyi adlardan biridir, Əbu Hureyra isə qəribə bir ləqəbdir. Lakin buna baxmayaraq Uca Allah onu insanlara məhz bu ləqəblə tanıtmış və sevdirmişdır. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - onun üçün belə dua etmişdir: “Allahım, bu iki qulunu: Əbu Hureyranı və onun anasını insanlara sevdir!” (Ədəbul-Mufrəd, 34).
Abdullah ibn Səlam haqqında
Abdullah ibn Səlam Peyğəmbərin səhabəsidir. Peyğəmbər Mədinə şəhərinə hicrət etdikdə Abdullah ibn Səlam onu görən kimi İslam dinini qəbul etmişdir. O, bu haqda xəbər verərək belə demişdir: “Allah Elçisi - sallallahu aleyhi və səlləm - Mədinəyə gələndə insanlar onun yanına getdilər. Belə deyildi: “Allah Elçisi gəldi, Allah Elçisi gəldi, Allah Elçisi gəldi!” Mən də ona baxmaq üçün gəlib insanların arasına girdim. Allah Elçisinin üzünə baxanda onun yalançı adam olmadığını bildim.
Kəb ibn Malikin tövbəsi
Rəvayət edilir ki, Kəb ibn Malik demişdir: “Təbuk döyüşündən başqa Peyğəmbərin apardığı döyüşlərin heç birindən yayınmamışdım. Bədr döyüşündən yayınmağıma gəlincə, ondan yayınanları Peyğəmbər - sallallahu aleyhi və səlləm - qınamamışdı. Çünki o zaman Peyğəmbər döyüşə yox, Qureyş karvanının yolunu kəsmək üçün çıxmışdı. Allah da onları vədələşmədikləri bir yerdə düşmənləri ilə üz-üzə gətirdi. Əqəbə beyətində hamımız İslamı yaşatmağa dair Peyğəmbərə beyət etdik.