Nə üçün saça qoyulan boya dəstəmaza maneə sayılmır, dırnağa qoyulan boya isə sayılır?

    22.03.2024
Sual: 
Salam hərvaxtınız xeyir. Mənə maraqlı olan suallardan biridə budur ki, niyə görə saçlar boyanırkən qüsl, dəstəmaz qəbul olunur, dırnaqlar rənglənəndə olmur? İkisidə bədəndən kəsilib atılan birşeydi. Dırnağın üstü örtüldüyü kimi, saç da boyandıqda örtülür. O zamanlar dırnaq boyası olmadığından bəzi alimlər bunu xına ilə müqayisə edib, “olar” deyirlər.
Cavab: 

Və aleykum Salam. Saç boyası ilə dırnaq boyası tamamilə fərqlidir. Saç boyası saçda hər hansı bir təbəqə yaratmır, sadəcə saç bu boyanı canına çəkir. Dırnaq boyası isə belə deyil, bu boya dırnaqda bir təbəqə əmələ gətirir və bu təbəqə suyun dırnağa təmas etməsinə mane olmur. Saç boyası kimi dəriyə qoyulan xına da belədir. Xına dəridə hər hansı bir təbəqə əmələ gətirmir, sadəcə dəri xınanın rəngini özünə çəkir. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: