Cənnətdə texnologiya olacaqmı?

    23.04.2021
Sual: 
Cənnətdə texnologiya olacaq??
Cavab: 

Əssələmu aleykum. Quran ayələrinə və hədislərə diqqət etsək görərik ki, Cənnətdə insanın istədiyi hər bir nemət olacaq. Bu nemətlər bizim dünyada gördüyümüz texnologiyadan qat-qat üstündür. Bu xüsusda Uca Allah buyurur: "Onlar üçün qızıl sinilər və piya­lələr dolandırılacaq. Ora­da nəfslərin istədiyi və göz­lərə xoş gələn hər şey ola­caq­. Siz ora­da əbədi qalacaq­sınız. Etdiyiniz əməllər sayəsində varis olduğunuz Cən­nət budur" (əz-Zuxruf, 71-72). Böyük təfsir alimi əs-Sadi bu ayənin təfsirində demişdir: "Ayədə keçən "nəfslərin istədiyi və göz­lərə xoş gələn hər şey ola­caq" ifadəsi ümumidir və özündə göz oxşayan, qəlbə sevinc gətirən hər bir şeyi ən kamil şəkildə əhatə edir". Həmçinin buyurur: "Onlar altından çay­lar axan Ədn cən­nətlərinə gi­rə­cək­lər. Orada onla­rın ürəklə­ri­nin istədiyi hər şey var­dır. Allah müt­tə­qiləri belə müka­fat­lan­dırır" (ən-Nəhl, 31). Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm ) demişdir: "Uca Allah buyu­rur: "Mən əməlisaleh qullarım üçün heç bir gözün görmədiyi, heç bir qu­lağın eşit­­mədiyi və heç bir (insanın) qəlbindən keçirmədiyi nemətlər hazırlamı­şam". Sonra Əbu Hureyra (Allah ondan razı olsun) dedi: "İstəyirsinizsə, (bu ayəni) oxuyun: "Etdik­lə­ri əməllərin mü­ka­fatı kimi, onlar üçün gözlərinə sevinc gətirəcək nələr sax­landığını heç kəs bilmir" (əs-Səcdə surəsi, 17). (Səhih əl-Buxari, 4780). Müsəlman bilməlidir ki, Cənnət əhli üçün hər bir şey ən kamil şəkildə olacaqdır. Necə ki Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ondan Cənnət barədə soruşan səhabəyə belə cavab vermişdir: "Əgər Allah səni Cənnətə daxil etsə, orada sənin nəfsinin istədiyi, gözünün oxşadığı hər bir şey olacaqdır" (ət-Tirmizi, 2543). Həmçinin oxuyun:
Cənnətin vəsfi belədir
Cənnət əhlinin vəsfi
Cənnət padşahların məskənidir!

Teqlər: 
Paylaş: