Dünya həyatında bağışlamadığımız insanlarla Qiyamət günü harada görüşəcəyik?

    18.12.2018
Kimdən: 
Zmd
Sual: 
Salam aleykum.Bizi maariflendirdiyiniz üçün Allah sizden razı olsun).mənim nir neşə sualım olacaq.1 inşaAllah düzdür yoxsa inşəAllah?.2 Hicablı qadına ziyynət əşyası haramdırmı (qızıl..?).3 Bu dünyada bağışlamadıqlarımız ebedi dünyada bizi Sırat körpüsünde gözleyecekmi? 4.Ilk dəfə Quran oxumaq istəyən insan nece başlamalıdı oxumağa istediyi sehiveden başlaya bilermi.
Cavab: 
Və aleykum Salam.
1. Bu cavabları oxuyun:
"İn şə Allah" sözünü birlikdə yazmaq doğrudurmu?
2.
Müsəlman qadın naməhrəmə görünməmək şərti ilə zinət əşyalarından istifadə edə bilər. Həmçinin oxuyun:
Qadınların qızıl, ətir istifadə etməsi, şalvar geyinməsi və s. haqda
Nur surəsinin 31-ci ayəsində "zinətlərini gizlətsinlər" nə deməkdir? 
3.
Zülmə və haqsızlığa məruz qalan hər kəs Qiyamət günü öz haqqını alacaq. Bu, zülm edənin savablarından götürülüb ona verilməsi və ya zülmə məruz qalanın günahlarından götürülüb zülm edənə yüklənməsi şəklində olacaq. Uca Allah Qiyamət günü hər kəsin haqqını verəcək və ədalətlə hökm edəcək. Qiyamət günü haqq sahiblərinin haqqı iki yerdə qaytarılacaq. Birincisi, haqq-hesab çəkiləcəyi zaman məhşər meydanında. İkincisi isə cənnətlə cəhənnəm arasında qoyulmuş qəntərə adlı körpünün üzərində. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Möminlər oddan qurtulduqdan sonra cənnət ilə cəhənnəm arasında qəntərədə saxlanılarlar. Bir-birindən dünyada ikən aralarında olan zülmün qisası alınar. Onlar təmizlənib paklığa çıxdıqda cənnətə daxil olmalarına icazə verilər. Muhəmmədin nəfsi əlində olana and olsun, onlar cənnətdəki evlərinin yerini dünyadakı evlərindən daha yaxşı tanıyacaqlar". (Səhih əl-Buxari, 6535). Alimlər bu hədisi şərh edərkən demişdirlər ki, bu, onların qəlblərindəki bir-birinə qarşı olan kin-küdurəti, həsədi təmizləmək və bununla da onların cənnətə təmiz bir qəlblə girmələri üçündür. Necə ki, Uca Allah buyurur: "Sözsüz ki, müttəqilər Cənnət bağlarında və çeşmələr başında olacaqlar. Onlara deyiləcək: "Oraya sağ-salamat və xatircəmliklə daxil olun!" Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar. Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar". (əl-Hicr, 45-48). Həmçinin oxuyun:
Qul haqqı barədə
Halallıq nə zaman alınır?
Heç kəsin haqqı yerdə qalmaz

4. İlk dəfə Quran oxumağa başlamaq istəyən üçün xüsusi bir qayda yoxdur. Qurani-kərimi istədiyi yerdən açaraq oxuya bilər. Ancaq asanlıq baxımından sonuncu "Ammə" cüzü adlanan 30-cu cüzdə yer alan qısa surələrdən (ən-Nəbə surəsindən axıra qədər) başlaması daha yaxşıdır. Həmçinin oxuyun:

Paylaş: