"Bizi təbiət yaratmışdır" deyənlərə cavab
Müasir dövrdə insanlar arasında kainatın təbiət tərəfindən yaradılması düşüncəsi geniş vüsət almış və hətta məşhur alimlər tərəfindən dəstəklənmişdir. İnsanların əksəriyyəti bununla hər şeyin yaranmasını izah etmək istəyir və belə deyirlər: “Bizi təbiət yaratmışdır.” Biz onlardan soruşmaq istəyirik: “Siz təbiət dedikdə nəyi nəzərdə tutursunuz? Bunu dedikdə hər bir şeyin təbiətini, yoxsa kainatın tabe olduğu qanunları nəzərdə tutursunuz? Yaxud siz kainatı yaradan gözəgörünməz bir gücü nəzərdə tutursunuz?