Allahın mərhəməti
Peyğəmbər demişdir: “Allah mərhəməti yüz hissədən ibarət etdi. Doxsan doqquzunu Özündə saxlayıb təkcə bir hissəsini yer üzünə endirdi. Məhz bunun sayəsində yaradılanlar bir-birinə rəhm edir. Hətta, at öz balasını tapdalamasın deyə ayaqlarını yuxarı qaldırır.” (əl-Buxari, 6000).
Həmçinin, Peyğəmbər demişdir: "Yerdəkilərə rəhm edin ki, səmada olan da sizə rəhm etsin!"