Allah barəsində mübahisə edən padşahın əhvalatı
Uca Allah Qurani-Kərimdə İbrahim peyğəmbərlə Allah barəsində mübahisə edən padşahın əhvalatı haqda danışaraq belə buyurur: “Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!”- dedikdə padşah: “Mən də həm dirildir, həm də öldürürəm!”- demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!”- dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz” (əl-Bəqərə, 258).