Allahın "əl-Muhsin" adının mənası

    01.10.2015

əl-Muhsin sözü yaxşılıq edən deməkdir. Allahın əl-Muhsin adı Peyğəmbərin hədisində zikr edilir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allah yaxşılıq edəndir (əl-Muhsin) və yaxşı görülən işləri sevir. Odur ki, bir heyvanı öldürdükdə gözəl bir şəkildə öldürün, kəsdikdə isə gözəl bir şəkildə kəsin. Qoy sizdən biri bıçağını itilədikdən sonra heyvanı rahatlasın”.
əl-Muhsin olan Allah bəndələrinə yaxşılıq edən, onlara bol nemətlər bəxş edəndir. O, yaxşılıq edən bəndələrini sevir. Uca Allah buyurur:
“Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir” (əl-Bəqərə, 195).
 

Paylaş: