Ailəsi dağılanın subay qalması, yoxsa yenidən evlənməsi daha savabdır?

    09.09.2015
Kimdən: 
....
Sual: 
esselamu aleykum va rahmetullahi va beraketuhu. Allah sizleri faydali elmle faydalandirsin in se Allah. Men elhemdulilleh bacardigim qeder esl momin musulman olmaga calisiram. Ailem dagilib 1 qiz ovladim var. Sualimda odurki eger men bundan sonra hec vaxt aile heyati qurmasam ozumu sirf Allaha teslim etsem heyatimi her seyimi. Mene qiyamet gunu savab coxmu yazilar. Ama sunnede evlenmekde beyenilir. Ama aile heyati qurmag istemi rem. Sizce men hansi yolu secsem qiyamet gunu menim coxlu savablarim olar? Allah rizasi ucun cavablandirin
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Evlənmək Uca Allahın əmridir: "Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin...". (ən-Nur, 32).
Hədisdə xəbər verilir ki, bir qrup adam bir yerə toplaşdılar. Onlardan biri: "Mən gecələri yatmayıb namaz qılacam", digəri: "mən oruc tutacam və orucsuz gün keçirməyəcəm", üçüncüsü isə: "mən qadınlarla evlənməyəcəm" - dedi. Bu xəbər peyğəmbərə yetişdikdə, o, dedi: "Bu sözləri deyən camaata nə olub? Mən oruc tuturam da, tutmuram da. Gecəni namaz qılaraq keçirirəm də, yatıram da. Eləcə də qadınlarla evlənirəm. Kim sünnətimdən üz döndərərsə məndən deyil". (əl-Buxari).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Nikah mənim Sünnəmdəndir (yolumdandır). Kim mənim Sünnəmə əməl etməsə, məndən deyildir. Evlənin! Mən qiyamət günü sizinlə digər ümmətlərdən çox olacağam...". (İbn Məcəh: 1/592/ 1846. əl-Albani "Səhihul-Cami" kitabında (6807) hədisi səhih olaraq təsnif etmişdir).
Ona görə də, subay kişi evlənməyə çalışmalıdır. Həmçinin qadına evlilik təklif edən olarsa, dinindən və əxlaqından razı olarsa, qəbul etməsi daha savabdır. Həmçinin, indiki dövrdə subay qalaraq haramdan qorunmaq olduqca çətindir. Evlilik, namusu, iffəti qorumağın və zinakarlıqdan uzaq olmağın ən gözəl yoludur. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Ey cavanlar toplusu! Evlənməyə imkanı olanlar evlənsin. Çünki evlilik (yad qadınlara) gözlə baxmağın qarşısını alır və cinsiyyət orqanlarını mühafizə edir. Evlənməyə imkanı olmayan oruc tutsun! Həqiqətən oruc tutmaq onun dərmanıdır". (Səhih əl-Buxari: 9/106/ 5065; Səhih Muslim: 2/1018/ 400).
Mə'qil ibn Yəsar (Allah ondan razı olsun) Peyğəmbərin dövründə öz bacısını mömin bir adama ərə verdi. Bacısı həmin adamla bir müddət yaşadı. Sonra o kişi onu boşadı. İddə müddəti daxilində də onun yanına qayıtmadı. Beləliklə, onlar təzədən evlənəcək qaydada boşandılar. Boşanma iddəsinin müddəti başa çatdı. Elə oldu ki, həm qadın, həm də kişi təzədən evlənmək istədilər. Qadını istəyən başqa kişilər də var idi. Qardaşı Mə'qil isə and içərək həmin adama etiraz etdi: "Ey ağılsız! Mən sənə yaxşılıq etdim. Bacımı sənə ərə verdim. Sən də durub onu boşadın. Allaha and olsun ki, bundan sonra o istəsə də, heç vaxt sənin yanına qayıdıb arvadın ola bilməz! (Mə'qilin bu rədd cavabından sonra) Uca Allah arvadını boşamış kişinin arvadına, qadının da ərinə ehtiyacı olduğunu bildiyi üçün aşağıdakı ümumi qaydanı (ayə) nazil etdi: "Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman ərlə arvad şəriətə müvafiq qayda üzrə öz aralarında razılığa gələrsə, o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın. Bu sizlərdən Allaha və Axirət gününə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir. Bu sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz". (əl-Bəqərə, 232). Mə'qil peyğəmbərdən bu ayəni eşitdikdə belə dedi: Rəbbimin əmrini eşidir və itaət edirəm. Sonra o, bacısının ərinə xəbər yolladı. O adam gəldiyi vaxt dedi ki, sənə (təzədən) yaxşılıq edir və bacımla evləndirirəm". (İbn Kəsir, əl-Bəqərə, 232 (1/282); ət-Tirmizi "Təfsirul-Quran", №: 2985).
Kiminlə ailə qurmaq barədə Peyğəmbərimiz kişilərə və qadınlara aşağıdakıları tövsiyə etmişdir: "Dörd şeyə görə qadınla evlənməyə dəyər: var-dövlətinə görə, əsil-nəsəbinə görə, gözəlliyinə görə və bir də dininə görə. Çalış dindar olanı seçəsən, yoxsa yazıq olarsan". (Səhih əl-Buxari, 5090).
O, həmçinin belə demişdir: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin. Əgər belə etməsəniz yer üzündə fitnə və fəsad olar". Səhabələr dedilər: "Ey Allahın elçisi! Əgər həmin adamda bəzi əlamətlər (yəni, kasıblıq) olsa necə?" Peyğəmbər dedi: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin". O bunu üç dəfə təkrara etdi". (ət-Tirmizi, 1084, 1085; İbn Macəh, 1967).

Teqlər: 
Paylaş: