Qız uşaqlarına Mələk adı qoymaq olarmı?

    16.08.2015
Kimdən: 
Ferman
Sual: 
salamaleykum qiz usagina Melek adi qoymaq olarmi?
Cavab: 

Aleykum salam. Alimlər uşaqlara Mələk, Məleykə və digər adların qoyulmasının məkruh (bəyənilməyən) olduğunu demişlər. Birincisi, bu adın qoyulması insanı həddən artıq şişirtməkdir. Həmçinin bu, müşriklərin yalanlarına uymaq sayılır. Onlar mələklərin qadın cinsində olduğunu və guya Uca Allahın qızı olduğunu iddia etmişlər, bu isə yalandır. Uca Allah buyurur: "Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar? Həqiqətən, onlar yalan uydurub deyirlər: "Allah doğmuşdur". Şübhəsiz ki, onlar yalançıdırlar". (əs-Saffat, 150-152).
"Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları verirlər. Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə olaraq zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz". (ən-Nəcm, 27-28).

 

Teqlər: 
Paylaş: