Hədiyyə dostluq və sevginin artmasına səbəbdir

    09.06.2015

Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hədiyyələşməyin sevgi yaradan şeylərdən olduğunu bildirərək bu əmələ təşviq etmişdir. Hədiyyələşmək, salam vermək, xəstələri ziyarət etmək, ehtiyac anında yardım etmək və digər əməllər insanlar arasında dostluq və sevgini artırır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir:
"Hədiyyə verin ki, bir-birinizi sevəsiniz". (əl-Beyhaqi).
“Hədiyyələşin, çünki hədiyyə dostluğu artırar, kini, düşmənliyi aradan qaldırar”. (ət-Tabərani, Əbu Nuaym)
"Ey müsəlman qadınlar, qonşu qonşuya (verdiyi şeyin az olmasını düşünüb), hətta qoyunun boyun ətini verməkdən çəkinməsin". (Səhih əl-Buxari, Səhih Muslim).

Verilən hədiyyəni qəbul etmək vacibdir:
“İstəmədən veriləni alın! O, Allah Təalanın göndərdiyi ruzidir". (əl-Beyhaqi).
“Dəvəti qəbul edin, hədiyyəni rədd etməyin!” (Səhih əl-Buxari).
“Hədiyyə, Allahın göndərdiyi gözəl bir ruzidir. Hədiyyəni qəbul edin və qarşılığında daha gözəlini verin!” (Sunən ət-Tirmizi).
“Hədiyyə verənə siz də hədiyyə verin! Əgər verəcək bir şey tapa bilməzsəniz, onun üçün dua edin ki, hədiyyə qarşılıqsız qalmasın!” (Sunən ən-Nəsai).
"Heyvanın qoluna və ya ayağına qonaq edilsəm, yaxud qolu və ya ayağı mənə hədiyyə edilsə (dəyərinin az olmasına baxmadan) qəbul edərəm". (Səhih əl-Buxari).

Paylaş: