"Bərakəllah" və "Təqva" sözləri nə deməkdir?

    26.03.2015
Sual: 
salam eleykum berakallah ve teqva ne demekdir?
Cavab: 

Aleykum salam. "Bəərakəllah" - Allah mübarək, xeyirli-bə­rəkətli etsin deməkdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ifadəni dualarında tez-tez istifadə edərdi. Məsələn, Evlənən üçün edilən duaYeməyə başlayarkən edilən dua

"Təqva" - Allah qorxusu ilə günahlardan qorunmaq deməkdir. Mütttəqi də təqva üzrə yaşayan möminə, təqvalı müsəlmana deyilir: "Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında, Qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!" (əl-Qamər, 54-55).
"Həqiqətən, Uca Allah müttəqiləri sevir". (Ali-İmran, 76; ət-Tövbə, 4-7-44; Məryəm, 85). 
"Uca Allah insanlardan təqvalı olmağı istəmiş və təqvanı bəndələrin bir-birindən üstünlük meyarı təyin etmişdir". (əl-Hucurat, 13).

Təqvanın yeri qəlbdir. Əbu Hureyrə (radıyəllahu anhu) rəvayət edir ki, peyğəmbərimiz üç dəfə (sinəsinə (yəni, qəlbinə) işarə edərək belə demişdir: "ət-Təqva həə hunəə" (Təqva buradadır)...". (Muslim, 2564).
Alimləri təqvanı üç mərtəbəyə bölüblər. Bunlar aşağıdakılardır:
  1. Xeyirxah, əməli-saleh işlərdə çalışaraq, yarışaraq öndə gedənlər.
  2. Xeyir əməllərdə çalışmadan, yarışmadan sadəcə vacib əməlləri yerinə yetirməklə haramlardan, günahlardan çəkinərək kifayətlənənlər.
  3. Allaha şərik qoşmayan, lakin günahlar edərək özlərinə zülm edənlər.
Bunun dəlili aşağıdakı ayədir: "...Onlardan kimisi özünə zülm edər (pis əməlləri yaxşı əməllərdən çox olar), kimisi mötədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər (yaxşı əməlləri pis əməllərindən çox olar). Böyük lütf də budur". (Fatir, 32).
Teqlər: 
Paylaş: