Sevdiyim xanımın məni sevməsi üçün cadu etmək olarmı?

    15.02.2015
Sual: 
Men onu delicesine sevirem amma o buna ehemiyyet vermir meni yandirir men nece edim ki oda meni delicesine sevsin?
Cavab: 

Salam aleykum. Cadu və sehr etmək ən böyük günahlardandır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "(Sahibini) həlak edən yeddi günahdan çəkinin!", və onların şirk, sehr etmək, cana qəsd etmək (öldürmək), yetimin malını haqsız olaraq yemək, riba (faiz) yemək, döyüş meydanından qaçmaq və günahsız mömin qadınları zinakarlıqda ittiham etmək – olduğunu bildirmişdir". (əl-Buxari və Muslim).
"Kim kahinin (falçının) yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir". (ət-Tirmizi).
Uca Allah buyurur: "Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: "Biz ancaq bir sınağıq, sən gəl kafir olma!"– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!" (əl-Bəqərə, 102).

Ümumiyyətlə kimisə dəlicəsinə sevmək, sevginin ağla üstün olması qəlb boşluğunun və şeytanın vəsvəsəsinin əlamətidir. Bu, Allahı zikr etməyən, onun itaətindən uzaq olanlarda daha çox olur. Bundan qurtulmaq üçün namaz qılmaq, nafilə oruc tutmaq (oruc şiddətli şəhvət qırıcıdır), dua etmək, Quran və onun mənaca tərcüməsini oxumaq və Allaha yaxınlaşmaq üçün digər şeylər etmək lazımdır. Bu haqda daha ətraflı buradan oxuyun: Başqasının sevgilisini sevmək olarmı?

Teqlər: 
Paylaş: