Yaxşılığı əvvəlcə öz ailənə etmək barədə hədisləri yaza bilərsinizmi?

    05.01.2015
Sual: 
Assalamu aleykum. Mən bir hədis oxumuşdun lakin indi yadimdan cıxıb. O hədisdə möminlərin öncə oz ailələrinə, yaxınlarına sonra digər kənar şəxslərə kömək, yaxşılıq və s. edəcəkləri bildirilmişdir. Bu hədisi yaza bilərsiz?
Cavab: 

Aleykum salam. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Dörd fəzilətli dinar vardır. Allah yolunda xərclədiyin dinar, köləyə xərclədiyin dinar, yoxsullara sədəqə verdiyin dinar və ailəyə xərclədiyin dinar arasında ən böyük mükafatlısı (dəyərlisi, xeyirlisi, savablısı) ailən üçün xərclədiyindir". (Muslim: 2/692, №: 995).
"Kişinin xərclədiyi ən yaxşı dinar (pul), ailəsi, Allah Təala yolunda mindiyi miniyi və Allah yolunda öz yaxınları, (dostları) üçün xərclədiyi dinardır (puldur)". (Muslim: 2/691-692, №: 994). 
"Kişinin xərclədiyi ən dəyərli dinar, ailəsi üçün xərclədiyi dinardır". (Muslim, 2/692; ət-Tirmizi, 4/344; Əhməd, 8/329). 
Sad ibn Əbu Vaqqas (Allah ondan razı olsun) rəvayət edir ki, "Mən Məkkə şəhərində olarkən xəstələnmişdim. Bu xəstəliyimdən öləcəyimi düşünürdüm. Bir gün peyğəmbər mənə baş çəkmək üçün gəldi. Mən ona dedim: Ey Allahın Elçisi, mənim çoxlu var-dövlətim var. Mənə varis olacaq yalnız bircə qızımdır. Mən öz malımın üçdən iki hissəsini sədəqə verə bilərəmmi? Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: Xeyr! Dedim ki, bəs yarısını? Yenə də "xeyr" deyərək cavab verdi. Mən dedim: Bəs üçdə birini necə? Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu ki, üçdə bir də çoxdur. Övladını varlı qoyub getməyin, onları kasıb, dilənçi kimi qoyub getməndən daha xeyirlidir. Sən Allah rizası üçün xərclədiyin hər bir malın savabını qazanırsan. Hətta həyat yoldaşına yedizdirdiyin bir tikənin (loxmanın) də savabını qazanırsan...". (əl-Buxari: 12/14, №: 6733; Muslim: 3/1250, №: 1628).
Cabir (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi dedi: "Ey Allahın elçisi! Mənim bir dinarım var". Peyğəm­bər (sallallahu aleyhi və səlləm) dedi: "Onu özünə xərclə". Kişi dedi: "Məndə biri də var". Peyğəm­bər (sallallahu aleyhi və səlləm) dedi: "Onu xidmə­tin­də dura­na, – yaxud dedi ki, – uşağına xərclə". Kişi dedi: "Məndə biri də var". Peyğəm­bər (sallallahu aleyhi və səlləm) dedi: "Onu Allah yolunda sərf et. Bu da ən kiçi­yidir".
"Üç qızı olub ehtiyacdan qurtarana qədər onlara yaxşı baxan, yedirən, geydirən bir insan bağışlanmayacaq bir günah etməmişsə cənnətə girər". (ət-Tirmizi).

 

Teqlər: 
Paylaş: