Qədimdə Allaha ibadət etməyə çağrılmamış insanların aqibəti necə olacaq?

    24.10.2014
Kimdən: 
Famil
Sual: 
Salam,çox qədim dövrlərdə insanlar oda(zərdüştlük),torpağa,havaya sitayiş edirdilər.onlara isə tək olan Allaha ibadət etməyə çağıran bir peyğəmbər ya da imam olmamışdı.bəs bu insanların aqibəti necə olacaq,cənnətə yoxsa cəhənnəmə gedəcəklər
Cavab: 
Va aleykum Salam. Uca Allah ilk insan Adəmə yalnız Ona ibadət etməyi əmr etmişdi. Adəmin ardınca Rəbbimiz Nuhu və daha sonra digər peyğəmbərləri göndərmiş, onlar da insanları yalnız Allaha ibadət etməyə çağırmışdılar. Beləliklə, ilk insanın yaradılışından başlayaraq bütün dövrlərdə insanlara yalnız Allaha ibadət etməyə çağıran peyğəmbərlər olmuşdur. Bu barədə Rəbbimiz buyurur: "Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən (bir peyğəmbər) gəlmiş olmasın". (Fatir, 24).
Bununla belə, müxtəlif dövrlərdə yalnız Allaha ibadət etməyə dəvət gəlib çatmamış insanlar olmuşdur. Onlar haqqında Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü üzürlü olduqlarını irəli sürərək dəlil göstərən dörd sinif insan vardır: qulağı eşitməyən sağır (kar), axmaq (ruhi xəstə), çox yaşlı adam və fitrət zamanı (təbliğ çatmayan dövrdə) ölən kəs. Sağır deyəcək ki, "Ey Rəbbim! İslam (haqq) gəldi amma mən heç bir şey eşitmədim". Axmaq da belə deyəcək, "Ey Allahım, İslam gəldi, amma hətta kiçik uşaqlar belə mənimlə oynayıb başıma dəvə peyini atırdılar". Yaşlı isə belə deyir, "İslam gəldi, amma mən heç bir şeyi dərk edə bilmirdim". Fitrət zamanı ölən şəxs də deyəcək, "Ey Rəbbim, sənin elçilərin, rəsulların bizə gəlmədi". Bunun üzərinə Allah onlara müəyyən şeyləri başa salır (digər tərəfdən də onlar artıq hər şeyi öz gözləri ilə də görmüş olurlar). Uca Allah insanların Ona (yəni Allaha) itaət etmə xüsusunda onlardan vəd alır və (onların iman edib-etmədklərini, vəd verib Onun əmrinə itaət edib-etmədiklərini imtahan etmək üçün) "Atəşə girin" hökmünü onlara çatdırmaq üçün onlara bir Rəsul (elçi) göndərir". Bunun davamıyla peyğəmbərimiz belə buyurdu: "Nəfsim (və ya canım) əlində olan Allaha and verirəm ki, əgər (əmrə uyğun) atəşə girmiş olsalar o, onlar üçün sərin və salamat olardı". (ət-Tabərani, 841; İbn Hibban; 1827, Əhməd, 4/24). Bu hal bizim dövrümüzdə də İslam çatmayan, haqqı bilməyən, eşitməyən insanlara aiddir. Uca Allah zərrə qədər ədalətsizlik, zərrə qədər zülm etməz. Həmçinin oxuyun:
Cahillik üzrlüdürmü?
Şirk necə yaranmışdır?
Teqlər: 
Paylaş: