Quranla fala baxmaq olarmı və cadu deyilən şey varmı?

    29.09.2014
Kimdən: 
kamile
Sual: 
salam.size bir nece sualim var.Quranla fala baxdirmaq/kartla fala baxdirmaq gunahdir;menim anam xalam hamisi bu gunahla mesgul olurlar men nece eliyim ki olar fala baxdirmasinlar.birdeki cadu insana insana tesir eliyir cadu deyilen bir sey var.sualma cavab vereceyinizegore sag olun.
Cavab: 

Aleykum salam. Quran fala baxmaq üçün yox, oxuyub ibrət almaq üçün nazil edilmişdir. Quranı oxusanız, orada falın haram olduğunun yazıldığını görərsiniz. Falın hər bir növü (istər Quranla, istər kartla, istərsə də digər şeylərlə), həmçinin sehr, cadu və s. küfr kimi böyük günahdır və sahibini Cəhənnəm əzabına aparır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!" (əl-Məidə, 90).
"Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. (Mələklər): "Biz ancaq bir sınağıq, sən gəl kafir olma!" - deməmiş (onu) heç kəsə öyrətmirdilər. (Yəhudilər) ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş (bunu) biləydilər!" (əl-Bəqərə, 102).
Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) demişdir: "(Sahibini) həlak edən yeddi əməldən çəkinin!" və onlardan birinin də sehr olduğunu qeyd etmişdir". (əl-Buxari, Muslim).
Gələcəkdən xəbər verdiyini iddia edən adam yalnız Allaha məxsus olan qeybi bilmək elminə sahib olduğunu iddia edərək küfr etmiş olur. Falçı yanına gedib onun dediklərinə inanan adam da onunla eynidir.  Uca Allah buyurur: "De: "Allahdan savayı göylərdə və yerdə olan heç kim qeybi bilə bilməz!" (ən-Nəml, 65).
"De: "Mən sizə Allahın xəzinələri mənim yanımdadır demirəm. Qeybi də bilmirəm...". (əl-Ənam, 50).
"Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın". (əl-Ənam, 59).
"De: "Allahın istədiyi istisna olmaqla, mən özümə nə bir xeyir, nə də bir zərər vermək gücünə sahibəm. Əgər qeybi bilsəydim, əlbəttə, bol-bol fayda əldə etməyə çalışardım və başıma heç bir müsibət də gəlməzdi. Mən yalnız inanan bir qövm üçün nəsihət edən və müjdəçiyəm!" (əl-Əraf, 188).

Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir". (ət-Tirmizi: "Təharət", 102).
Bununla məşğul olanları Uca Allahın ayələrini göstərərək və Cəhənnəm əzabını yada salaraq çəkindirməyə çalışın və bu işdə israrlı olun. Cadundan qorunmaq üçün evdə yüksək səslə Quran oxudun, namaz qılın və Uca Allahın haram buyurduğu işlərdən çəkinin. Həmçinin oxuyun: 
Cadudan necə qorunmaq olar?
Allahın kəlamı ilə müalicə
Sehr nədir?

Falçıya inanmaq və cadu etdirmək nə dərəcədə günahdır?
Cadu və cinlər həqiqətdirmi?

Teqlər: 
Paylaş: