Sidiklə müalicə olunmaq olarmı?

    21.08.2014
Sual: 
Salam aleykum.Uzr isteyirem sualima gore.Sidikden mualice vasitesi kimi istifade etmek olarmi?mes.yaraya surtmek,birde xalam mene sidik ichmekle bronxlarinin temizleneceyini demishdi.Bu gunahdir?
Cavab: 

Və aleykum Salam. Ümumən sidik nəcis olduğu üçün onunla müalicə olunmaq olmaz. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurub: "Həqiqətən, Allah sizin şəfanızı haramlarda qərar verməyib". (əl-Buxari, 5614).
Bu məsələdə istisna hal yalnız dəvə sidiyir. Bir hədisdə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir qrup insana dəvə sidiyi içməyi buyurması rəvayət edilmişdir. (əl-Buxari, 233). Dəvənin sidiyinin və südünün tibbi faydaları isə olduqca çoxdur. Bunu tibb elmində dərin biliyə sahib olan alimlər daha yaxşı bilir. Artıq yeni elmi tədqiqatlar da bunu sübut etmişdir. İbn Qeyyim (Allah ona rəhmət eləsin) demişdir: "əl-Qanun əsərinin müəllifi, təbib İbn Sina deyir ki, ən faydalı sidik nəcib ərəb dəvəsinin sidiyidir". (Zədul-Məad, 4/47-48).

Teqlər: 
Paylaş: