Şəhidlər cənnətə düşürlərmi?

    05.08.2014
Sual: 
Salam aleykum men esitmisemki sehid olanlar cennete dusurler bu duzdu ya yox?
Cavab: 
Aleykum salam. Bəli, şəhidlər inşallah birbaşa cənnətə düşəcəklər. Uca Allah buyurur:
"Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz". (əl-Bəqrə, 154).
Peyğəmbərimiz (salləlləhu aleyhi və səlləm) aşağıdakı səhih hədislərdə şəhidlər və şəhidlik barədə belə buyurub: "Bəndənin nail ola biləcəyi bütün yaxşılıqlardan (savablardan) daha üstün bir yaxşılıq var. Ən böyük yaxşılıq isə budur ki, insan Allah yolunda savaşıb şəhid olsun. Bundan üstün bir savab ola bilməz".
"Şəhidin qanının ilk damlası axıdılanda borcdan başqa bütün günahları silinər".
"Cənnətə daxil olan heç kəs, hətta bütün dünyanın nemətləri ona verilsə belə, cənnətdən çıxıb bir daha bu dünyaya qayıtmaq istəməz. Yalnız şəhid Allahdan o qədər mükafat görər ki, (bunların əvəzini vermək üçün) 10 dəfə dünyaya qayıdıb öldürülməyi arzu edər".
"Öz ailəsini zülmdən qoruyaraq öldürülən şəxs şəhiddir".
"Öz malını zalımdan qoruyaraq öldürülən şəxs şəhiddir".
"Öz qonşusunu zülmdən qoruyaraq öldürülən şəxs şəhiddir".
"Allah naminə öldürülən şəxs şəhiddir".
"Özünü təcavüzdən qoruyaraq öldürülən şəxs şəhiddir".
"Zülmü aradan qaldırmaq yolunda öldürülən şəxs şəhiddir".

"Kim Allah yolunda savaşıb yaralansa, qiyamətdə bədənindən müşk ətri gələr. Kim şəhid olmağı sidq ürəklə Allahdan istəsə, hətta öz əcəli ilə yataqda ölsə belə, Allah ona şəhidin savabını verər".
"Allaha and olsun, istəyim budur ki, Allah yolunda şəhid olum. Sonra dirilib yenə şəhid olum, yenə həyata qayıdım, yenə şəhid olum".

"Qiyamət günündə üç dəstə izzət və cəlal sahibi olan Allahın qarşısında şəfaət edər və onların şəfaəti qəbul olar: peyğəmbərlər, alimlər və şəhidlər".
"Cənnətə ilk girən şəxs şəhid olacaq".

Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) qərəzli niyyətlə döyüşüb öldürülən şəxsin şəhid olmadığını, yalnız xalis niyyətlə haqq yolunda savaşıb həlak olan adamın şəhid sayıldığını vurğulayaraq belə buyurub: "Elə şəhidlər də var ki, qiyamət günündə onu Allahın hüzuruna gətirəndə Allah ona verdiyi bütün nemətləri bir-bir xatırladıb buyuracaq: "Bəs sən bunların əvəzində nə etdin?". O adam cavab verəcək: "Sənin razılığını qazanmaq naminə vuruşdum və şəhid oldum". Allah buyuracaq: "Yalan deyirsən! Sən yalnız qəhrəman sayılmaq naminə vuruşdun və öldün. Özün istədiyin kimi, sənin haqqında "qəhrəmandır" dedilər… ".
"Kim səmimi bir şəkildə şəhidliyi istəsə, yatağında ölsə belə Allah onu şəhidlər mənzilinə çatdırar". (İbn Məcəh "Cihad", 15; ət-Tirmizi "Fədailul-Cihad", 19). 
Daha ətraflı:
20 Yanvar faciəsi günü ölənlər şəhid sayılırmı?
Vətən uğrunda düşmən öldürmək savabdır?

Allah yolunda döyüşməyin fəziləti
Şəhidlərə qəbir əzabı verilirmi?
Şəhidliyin növləri
Paylaş: